`İtkin gəlin`in itkin operatoru – VİDEO

`İtkin gəlin`in itkin operatoru – VİDEO
  17 Noyabr 2015    Oxunub:3041
İllər öncə "Fərman Nəbiyev" deyəndə çoxunun yadına Azərbaycanda çəkilən ilk teleserial düşürdü. “İtkin gəlin” serialı. O itkin gəlin ki, mərhum rejissor Lütfü Məmmədbəyov ona ekran həyatı vermək üçün eyni adlı əsərin müəllifi Əlibala Hacızadə ilə ssenari yazmışdı. Fərman Nəbiyev isə həmin filmi kameranın yaddaşına köçürən quruluşçu operator idi.

İndi çox unudulub, tək-tənhadır, kasıblığına qısılıb həyatını yaşayır. Özü demiş, ömür vağzalında son bilet əlində gözləyən sərnişindir.

Fərman Nəbiyevin həyat tarixçəsini jurnalist Jalə Mütəllimovanın APA TV-də yayımlanan “Ötən əsrin adamları” layihəsində izləyə bilərsiniz.




Teqlər:





Xəbər lenti