Millimiz Türkiyəyə də uduzdu

Millimiz Türkiyəyə də uduzdu
  13 Noyabr 2015    Oxunub:1714
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2016-nın seçmə qrup mərhələsində ikinci oyununu keçirib.
Yığmamız Bakıda Türkiyə millisini qəbul edib və 0:1 hesabı ilə məğlub olub.

Qardaş ölkə ilə matça yaxşı başlayan yığmamız ilk hissədə bir neçə şansdan istifadə edə bilməyib. Yığmamız hətta 41-ci dəqiqədə 11-metrlik zərbədən yararlana bilməyib.

Roman Hüseynovun zərbəsini qapıçı Muhammed Şengezer dəf edib.

İkinci hissədə rəqibin azlıqda qalmasından yararlanmağa çalışan Nazim Süleymanovun yetirmələri hücumlarını artırsa da, qapısında qol görən tərəf olub.

Matçın 56-cı dəqiqəsində Vedat İnceefenin rəhbərlik etdiyi komanda istəyinə nail olub. Müdafiəçilərin səhfindən istifadə edən Abdullah Balıkçı topu qapıdan keçirib.

Oyunun sonlarında isə “Xəzər Lənkəran”ın üzvü Elnur Cəfərov ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılıb.

Hazırda Ukrayna 6 xalla qrup birincisidir. Bosniya Herseqovina və Türkiyə yığmaları isə hərəyə 3 xalla müvafiq olaraq 2 və 3-cü pillədə qərarlaşıblar. Azərbaycan millisi isə 2 oyundan sonra qrup sonuncusdur.

AzVision.az


Teqlər:





Xəbər lenti