Düzgün yazılış belədir: Feysbuk, yutub, quql...

Düzgün yazılış belədir: Feysbuk, yutub, quql...
  06 Noyabr 2015    Oxunub:4654
Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.

Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.

"skype" - skayp

"site" - sayt

"provider" - provayder

"facebook" - feysbuk

"twitter" - tvitter

"instagram" - instaqram

"e-mail"- imeyl

"youtube" - yutub

"messenger" - mesencer

"whatsapp" - votsap

"line" - layn

"viber" - vayber

"google" - quql

"yandex" - yandeks

"wi-fi" - vayfay


Teqlər:





Xəbər lenti