`Qarabağ` qələbəni əldən verdi

`Qarabağ` qələbəni əldən verdi
  06 Noyabr 2015    Oxunub:2995
Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası Fransanın “Monako” kollektivi ilə qarşılaşıb.

Oyunda hesab 39-cu dəqiqədə açılıb. “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovun ötürməsini Samuel Armenteros qola çevirib.

Komandamızın üstünlüyü ilə keçən birinci hissə bu hesabla başa çatıb.

İkinci hissədə də “Qarabağ” bir neçə real qol şansız əldə etsədə hesabı artıra bilməyib. Əvəzində matçın 72-ci dəqiqəsində “Monako”nun futbolçusu İvan Kavaleiro hesabı bərabərləşdirib.

Matçda əlavə qol olmayıb. Komandamız öz meydanında rəqibindən üstün olsa da qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti