Bakıya gəlməyən erməni futbolçu: `Məni qınayırdılar...`

Bakıya gəlməyən erməni futbolçu: `Məni qınayırdılar...`
  05 Noyabr 2015    Oxunub:4111
Almaniyanın “Borrusiya” klubunun və Ermənistan millisinin yarımmüdafiəçisi Henrik Mxitaryan Avropa Liqası çərçivəsində qarşılacaqları “Qəbələ” oyunu ilə bağlı fikirlərini bölüşüb.
AzVision.az xəbər verir ki, bu barədə futbolçu “sport1.de” nəşrinə müsahibəsində bildirib.

“Bir çoxları mənim Bakıya, “Qəbələ” ilə oyuna getməməklə bağlı qərarımın düz olduğunu bildirdilər. Bəzi şəxslər isə tamamilə başqa mövqedədilər. Onlardan bəziləri isə hətta məni qınayırdılar. Mən isə düşünürəm ki, bu düzgün addım idi. Bakıdakı oyun haqqında daha heç nə danışmaq istəmirəm. Hazırda mən ancaq Dortmuntda baş tutacaq oyun barədə düşünürəm. Ümid edirəm ki, bu normal oyun olacaq”, - deyə Mxitaryan vurğulayıb.

Qeyd edək ki, “Borussiya” – "Qəbələ” oyunu Bakı vaxtı ilə 22:00-da baş tutacaq. Bakıda keçirilən ilk oyun 3:1 hesabı ilə Almaniya təmsilçinin xeyrinə bitib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti