“Qarabağ” çətin sınaq qarşısında

“Qarabağ” çətin sınaq qarşısında
  05 Noyabr 2015    Oxunub:2327
Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
AzVision.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” və "Qəbələ" klubları növbəti görüşlərini keçirəcəklər.

“Qarabağ” doğma meydanda ötən oyun məğlub olduğu “Monako”nu qəbul edəcək. "Qəbələ" isə Almaniyada bundan öncəki oyunda məğlub olduğu Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Hər iki oyunda klublarımızın rəqiblərinin güclü olduğu hər kəsə bəllidir. Hər iki klubumuz qələbə qazanmaqla qrupdakı vəziyyətlərini yaxşılaşdıra bilərlər.

Bakı

20:00. “Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa)

Almaniya

22:00. “Borussiya” (Dortmund, Almaniya) – "Qəbələ” (Azərbaycan)

AzVision.az


Teqlər:  





Xəbər lenti