İncəsənət Universitetinin təmsilçiləri Beynəlxalq festivalda

İncəsənət Universitetinin təmsilçiləri Beynəlxalq festivalda
  05 Noyabr 2015    Oxunub:2482
Oktyabr ayının 24-dən noyabr ayının 1-nə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "İnstrumental ifaçılıq" kafedrasının müdiri, dosent, Beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehtiyeva başda olmaqla 10 nəfərlik heyətlə Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən "Gold autumn" Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün ezam olunub.

Səbinə Mehtiyeva münsiflər heyətinin üzvü seçilib.

Dünyanın 14 ölkəsindən 280 iştirakçının qatıldığı festival-müsabiqədə Səbinə Mehtiveanın tələbələri III kurs tələbəsi Könül Kərimli I yerə, II kurs tələbəsi Cəfərov Babək, Universitetin baş müəllimi Humay Mansurovanın tələbələri - III kurs Ağasiyev Şədidə II yerə (solo-fortepiano), f-no duet üzrə Hacıyev Emil və Ağasıyeva Şədidə III yerə, baş müəllim Sevda Axındovanın tələbələri - III kurs Nərmin Qasımlı və Səmədli Jalə f-no duet naminasiyasında II yerə, f-no solo ifaçılığı üzrə isə Qasımlı Nərmin və Səmədli Jalə III yerə layiq görülüblər.



Teqlər:  





Xəbər lenti