İslam Oyunlarının vaxtı dəqiqləşdi

İslam Oyunlarının vaxtı dəqiqləşdi
  04 Noyabr 2015    Oxunub:3200
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının (İslamiada) tarixi bəlli olub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib ki, 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

Ötən gün İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasının keçirildiyini deyən Ç. Hüseynov bildirib ki, iclasda Oyunların cədvəli tərtib olunub, hansı idman növlərinin Oyunlara daxil ediməsi müəyyən olunub. 20 idman növü üzrə keçiriləcək yarışın paytaxtın 14 məkanında baş tutacaq.

O, qeyd edib ki, iclasında həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, həmçinin təhlükəsizlik, nəqliyyat və bir sıra məsələlərlə bağlı müzakirələr də aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti