13 yaşlı azərbaycanlı qız ilkə imza atdı

13 yaşlı azərbaycanlı qız ilkə imza atdı
  03 Noyabr 2015    Oxunub:3377
Avstriyanın Salzburq şəhərində keçirilən “Salzburq star” adlı beynəlxalq musiqi müsabiqə-festivalında gənc pianoçumuz Ayan Məmmədli Qran-pri mükafatına layiq görülüb.
Diaspor Jurnalistləri Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqədə Ayan Məmmədli Azərbaycan bəstəkarı Q.Qarayevin prelyudiyasıyla yanaşı, məşhur Avstriya bəstəkarları olan K.Çerni – F.Şubertin variasiyasını və N.Kapustinin prelyudiyasını da ifa edib. Dünyanın bir çox tanınmış pianoçularının ifa etdiyi N.Kapustinin bu əsəri respublikamızda ilk dəfə 13 yaşlı Ayan Məmmədli tərəfindən ifa edilib.

Qeyd edək ki, A.Məmmədli T.Quliyev adına 12 saylı on bir illik uşaq musiqi məktəbinin VI sinif şagirdi, ixtisas müəllimi, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovanın sinfində təhsil alır.

Xatırladaq ki, A.Məmmədli artıq bir neçə beynəlxalq müsabiqədə - 2013-cü ilin fevralında Estoniyanın Narva şəhərində ( I və III yerlər), 2013-cü ilin avqustunda İtaliyanın Rimini şəhərində ( I yer ), 2014-cü ilin fevralında Malta respublikasının Valetta şəhərində (III yer), 2015-ci ilin fevral ayında Malta respublikasının Valetta şəhərində ( II yer) keçirilən beynəlxalq piano müsabiqələrində iştirak edərək, beynəlxalq müsabiqələr laureatı adını qazanıb.


Teqlər:





Xəbər lenti