Saxta pulla bazarlıq edənlər tutuldu

Saxta pulla bazarlıq edənlər tutuldu
  02 Noyabr 2015    Oxunub:1888
Tərtər rayonunda mağazadan saxta əskinas verərək ərzaq məhsulları almış şəxslər tutulublar.
AzVision.az-ın DİN-in saytına istinadən məlumatına görə, Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Qanboy Tanrıverdiyevə məxsus mağazaya gələrək 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq saxta əskinas verib ərzaq məhsulları almış rayon sakinləri Fərid Məmmədli və Səxavət Axundlu tutulub.

Əməliyyat-axtarış tədbirləri zəminində F.Məmmədlidən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq, 34 ədəd 10 manatlıq, S.Axundlunun yaşadığı mənzilə baxış zamanı isə 1 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti