Azərbaycan-Moldova oyununun biletləri satışda

Azərbaycan-Moldova oyununun biletləri satışda
  02 Noyabr 2015    Oxunub:1778
Noyabrın 17-də Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
AzVision.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, VIP sektorlara biletlərin qiyməti 10 manat, digər yerlərə isə 1 manatdır.

Biletləri "28 Mall" ticarət mərkəzindən, "Bakcell"in "Sahil" müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti