`Qarabağ`dan inəmli qələbə

`Qarabağ`dan inəmli qələbə
  01 Noyabr 2015    Oxunub:1997
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına start verilib. İlk oyun günündə üç qarşılaşma keçirilib.

Çempionatın debütantı "Zirə" səfərdə "İnter"İn qonağı olub. Qonşu pillələrdə qərarlaşan komandaların duelində hesab açılmayıb.

"Qəbələ" öz meydanında "Kəpəz"i qəbul edir. Qəbələ şəhər stadionunda qatı duman olduğu üçün oyun 30-cu dəqiqədə təxirə salınıb.

Lider "Qarabağ" doğma azarkeşlər önündə AZAL-la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura noyabrın 2-də keçiriləcək iki oyunla yekun vurulacaq.


Teqlər:





Xəbər lenti