Nazirliyin aparat rəhbəri həbs olundu

Nazirliyin aparat rəhbəri həbs olundu
  29 Oktyabr 2015    Oxunub:3548
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.
Səbayel Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb.

Qeyd edək ki, V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir.

B.Hüseynov da işdən çıxarılaraq barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl V.Zeynalovun saxlanılması barədə məlumatlar yayılıb.

RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var (APA).


Teqlər:  





Xəbər lenti