Rafael Cəbrayılov ilk dəfə səs verəcək gənclərlə görüşüb- Fotolar

Rafael Cəbrayılov ilk dəfə səs verəcək gənclərlə görüşüb- Fotolar
  29 Oktyabr 2015    Oxunub:1181
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü Şirvanda ilk dəfə səs verən gənclərlə keçirib.
AzVision.az xəbər verir ki, seçkinin mahiyyətindən , dövlət və cəmiyyət üçün əhəmiyyəti haqqında məlumat verən Rafael Cəbrayılov , insan hüquqları içərisində seçki hüququ uğrunda ən çox mübarizə aparılan hüquq olduğunu deyib. Namizəd gənclərin gələcəyimizi müəyyən edən insanlar olduğunu diqqətə alaraq, ilk dəfə səs verəcək gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Seçkinin vacib məsələ olduğunu bir daha vurğulayan namizəd, seçki günü bütün gəncləri seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət edib.


İlkdəfə səs verəcək gənclər görüşdən razılıqlarını bildiriblər. Gənclərə xüsusi diqqət və qayğının təcəssümü kimi təbliğat kompaniyası dövründə gənclərlə artıq 3-cü dəfə görüşən Rafael Cəbrayılova dəstək olacaqlarını bildiriblər. Şirvanda ilk dəfə səs verəcək gənclərin seçimi Rafael Cəbrayılovdur.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti