İlk dəfə səs verənlərin seçimi Azay Quliyevdir
Görüş gənclərlə deputatlığa namizəd arasında diskussiya şəklində davam etdirilib. İlk dəfə seçici olacaq gənclər onları maraqlandıran bir sıra məsələlərlə bağlı fikirlərini çatdırıb, deputatlığa namizədə suallar ünvanlayıblar.
Gənclərin qaldırdığı məsələlərə ətraflı şərh verən Azay Quliyev bildirib ki, onun ictimai və deputat fəaliyyətində gənclər məsələsi hər zaman prioritetlərdən biri olub: “Siz gənclərin də dəstəyi ilə bu dairədən millət vəkili seçildikdən sonra bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm”.
Sonda Azay Quliyev gəncləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan 1 noyabr seçkilərində ilk səsvermə hüquqlarından səmərəli istifadə etməyə çağırıb. Görüşdən yüksək ovqatla ayrılan gənclər, 1 noyabrda özlərinin ilk seçki hüququnu Azay Quliyevə səs verməklə reallaşdıracaqlarını bəyan ediblər.
Teqlər: