Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar

Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar
  28 Oktyabr 2015    Oxunub:1245
Azərbaycan Respublikası Baş prokurorunun brinci müavini Rüstəm Usubov Milli Məclisə keçiriləcək seçkiləri izləmək məqsədi ilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AzVision.az xəbər verir ki, R.Usubov qonaqlara ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, keçiriləcək parlament seçkiləri ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Görüşdə vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.


Teqlər:





Xəbər lenti