İki uşaq anası faciəvi şəkildə öldü

İki uşaq anası faciəvi şəkildə öldü
  25 Oktyabr 2015    Oxunub:1875
Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub.

Bayramova hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.

AzVision.az


Teqlər:





Xəbər lenti