Oğlunun ölümünü “Facebook”dan öyrəndi

Oğlunun ölümünü “Facebook”dan öyrəndi
  20 Fevral 2013    Oxunub:1736
ABŞ-da yaşayan bir qadın həftələrdir axtardığı oğlunun ölüm xəbərini “Facebook”dan öyrənib.
ABŞ-da yaşayan Lam-Kriseyin oğlu Riki bir müddət əvvəl yoxa çıxıb. Ana polisə xəbər verərək mümkün ola biləcək bütün yerləri axtarıb. Amma heç birində oğlunu tapmağa müvəffəq olmayıb.
Rikinin facebook səhifəsinə "hardasan?" ismarıcını yazan ana, bir ay sonra oğlunun ölüm xəbərini polisdən gələn facebook mesajı ilə öyrənib. Lam-Krisey polisin "bizə zəng edin" ismarıcından sonra oğlunun 3 həftədir morqda olduğunu öyrənib.


Teqlər:  





Xəbər lenti