Xalq artisti dəfn olundu

Xalq artisti dəfn olundu
  11 Oktyabr 2015    Oxunub:3195
Azərbaycanın Xalq artisti Nuriyyə Əhmədova dəfn olunub.
Aktrisa öz vəsiyyəti ilə Şüvəlan qəbiristanlığında oğlunun və qızının yanında torpağa tapşırılıb.

N. Əhmədova ilə vida mərasimində xalq artistləri Rasim Balayev, Şəfiqə Məmmədova, "Space" televiziyasının rəhbəri, rejissor Vaqif Mustafayev, İTV-nin rəhbəri Cəmil Quliyev və başqaları iştirak edib.

Qeyd edək ki, N. Əhmədova bu gün 1 saylı Klinik Şəhər Xəstəxanasında ürək çatışmazlığından vəfat edib.

N. Əhmədova 1950-ci ildə Bakıda anadan olub. M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində təhsil alıb. Aktrisa kimi fəaliyyətə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb.


Teqlər:  





Xəbər lenti