Nuriyyə Əhmədovanın son vəsiyyəti...

Nuriyyə Əhmədovanın son vəsiyyəti...
  10 Oktyabr 2015    Oxunub:4805
Bu gün dünyasını dəyişən aktrisa Nuriyyə Əhmədova son vəsiyyətini aparıcı Elgiz Əkbərə deyib.
Bunu ANS TV-nin `Günəbaxan` verilişinin aparıcısı Elgiz Əkbər açıqlamasında bildirib. Onun sözlərinə görə, aktrisanın yanında son anda tanınmışlardan, məhz, o, olub.

"Mənə dünən Nuriyyənin bacısı zəng edib dedi ki, bacımın halı pisləşib, onu 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) aparmışıq. Mən də dərhal onun yanına getdim. Aktrisa kordiologiya şöbəsində idi. Həkimlər onun üçün əllərindən gələni edirdilər. İcazə alıb, Nuriyyənin olduğu palataya keçdim. Əllərindən tutdum, başını qaldırdım. Məni görüb sevindi və mənə öz vəsiyyətini dedi", - deyə Elgiz Əkbər söylədi.

Aparıcıdan Nuriyyə xanımın nə vəsiyyət etdiyi soruşduqda isə, o, bu haqda bazar ertəsi günü efirə gedəcək "Günəbaxan" proqramında açıqlama verəcəyini dedi.

Aparıcı aktrisanın ölüm xəbərindən çox təsirləndiyini qeyd edib.

"Bu xəbəri də mənə səhər bacısı zəng vurub dedi. Çox pis oldum. Təəssüf hissi keçirirəm ki, Azərbaycan mədəniyyət sahəsində olan ən istedadlı sənətkarlarını itirir", - deyə aparıcı əlavə edib.

Aparıcı onu da əlavə etdi ki, onun əlində aktrisanın xəstəxanadan son görüntüləri də var. O, bu görüntüləri çəkərkən Nuriyyə Əhmədovanın sağalacağına ümid etdiyi söylədi. Lakin, təəssüf ki, bu görüntülər aktrisadan qalan son görüntülər oldu.


Teqlər:





Xəbər lenti