Dünyanın ən bahalı qarpızı

Dünyanın ən bahalı qarpızı
  17 İyun 2013    Oxunub:6863
Yaponiya hərracında ölkədə məşhur “denske” sortundan olan qarpız satışa çıxarılıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, qarpız 3,2 min dollara satılıb. Qarpızı Hokkaydo adasının 33 yaşlı sakini Syuniti Andzay alıb. Həmin şəxs supermarketlər şəbəkəsinə malikdir. Andzay bildirib ki, qarpızı yenidən hərracda satacaq.

“Denske” sortlu qarpız qara qabıqlı, xüsusi şirəyə və dada malik olur. Bu növ qarpızları Hokkaydo adasının Toma şəhərində yetişdirirlər.

Yaponiyalılar qarpız üzərində eksperiment aparmağı sevirlər. Bəzən onlara kub və ya piramida forması verirlər. Qarpızları bu cür formada digər ərazilərə nəql etmək daha rahatdır.

AzVision.az


Teqlər:





Xəbər lenti