Tanınmış diktor vəfat etdi

Tanınmış diktor vəfat etdi
  24 Sentyabr 2015    Oxunub:3146
Azərbaycanın tanınmış diktoru Davud Əhmədov bu gecə vəfat edib.
Bu barədə APA-ya mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 74 yaşlı diktor nəfəs çatışmazlığından əziyyət çəkib. Mərhum bu gün saat 18.00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, 1941-ci ildə Lənkəranda anadan olan Davud Əhmədov uzun illər Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı olub.


Teqlər:  





Xəbər lenti