Sumqayıt qatarı qəza törətdi - Bir nəfər öldü

Sumqayıt qatarı qəza törətdi - Bir nəfər öldü
  17 Sentyabr 2015    Oxunub:35458
Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar qəza törədib.
Hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində azyaşlı uşağı vurub.

Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.

Məlumata görə, azyaşlı uşaq hadisə yerindəcə keçinib.

Qəza nəticəsində Bakı –Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.

***
Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Apa-ya verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti