Delfin insandan kömək istəyir!-VİDEO

Delfin insandan kömək istəyir!-VİDEO
  14 İyun 2013    Oxunub:5566
Adətən delfinlərin insanları xilas etməsinin şahidi olmuşuq, onlar nadir hallarda insanlardan yardım istəyir.
Hadisə Havay adaları yaxınlığında baş verib. Bir delfin 2 dalğıca yaxınlaşır və dayanmadan onların başına fırlanmağa başlayır. Delfinin bu hərəkəti əvvəlcə dalğıclara qəribə gəlir. Sonra onlardan biri görür ki, delfinin boğazına balıqçı toru dolanıb və ona üzməyə mane olur. Dalğıc dəmirləri kəsərək delfini xilas edir.

Delfinlərin dalğıclardan kömək istəməsi bir daha bu sevimli heyvanın ağıllı olduğunu sübüt edir. Adətən yaralı heyvanlar insanlara yaxınlaşmır və aqresiv olurlar. Bəhs etdiyimiz dalğıcla delfinin əhvalatını təqdim edirik. Həqiqətən də baxmağa dəyər.


Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti