Paytaxtda dələduzluq edən şəxs saxlanılıb

Paytaxtda dələduzluq edən şəxs saxlanılıb
  11 Sentyabr 2015    Oxunub:2234
Paytaxtda vətəndaşdan dələduzluq yolu ilə 12 000 manat alan şəxs tutulub.
AzVision.azDİN-nin saytına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Adil Qurbanovun 12 000 manatını dələduzluq yolu ilə alan Bakı şəhər sakini Elxan Süleymanzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti