Dedi də, elədi də

Dedi də, elədi də
  20 Fevral 2013    Oxunub:1518
Tunisin baş naziri Hamadi Cəbali istefa verib.
“Röyters”-in yaydığı məlumata əsasən, o, buna söz verdiyini bildirib. Belə ki, əgər yeni hökuməti formalaşdıra bilməsə, tutduğu vəzifədən istefa verəcəyini deyən Hamadi Cəbali sözünün üstündə durduğunu açıqlayıb.

Xatırladaq ki, müxalifət lideri Şokri Belaidin qətli ilə bağlı ölkədə kütləvi iğtişaşlar başladıqdan sonra Hamadi Cəbali “Ən Nahda” islamçı partiyası tərkibinə daxil olmamaq şərtilə texnokrat hökümətinin yaradılmasını təklif edib. Bu bəyanata cavab olaraq, minlərlə müxalifət tərəfdarları Belaidin dəfn mərasimini kütləvi etiraz aksiyasına çevrilib.

Lakin, müxalifətin aksiyasına cavab olaraq, fevralın 17-də Tunisdə hökuməti və bəzi islamçı partiyaları dəstəkləyən izdihamlı mitinqlər keçirilib.




Teqlər:





Xəbər lenti