Sayat Nova - Səyyad Nəva əslində kimdir?

Sayat Nova - Səyyad Nəva əslində kimdir?
  10 Avqust 2015    Oxunub:16516
Uzun müddətdir ki, Türkiyə mediası Səyyad Nəvanın kimliyi haqda araşdırma aparır. Səyyad Nəvanın milli kimliyi sual altında olsa da, yazdığı və bəhrələndiyi dil və ədəbiyyat doğma Azərbaycan dilimizdir. Sovet İmperiyası dövründə belə, Səyyad Nəvanın xüsusi maraq kəsb edən yaradıcılıq nümunəsi yaratmadığını saxtalaşdırmaq mümkün olmayıb.

Səyyad Nəva ermənilərin dediyi kimi “dahi” olmayıb. Azərbaycan ədəbiyyatında yüzlərlə Səyyad Nəvalar var.

Səyyad Nəva XVIII əsrdə yaşamış, atası suriyalı, anası isə gürcü qızı olmuş qafqazlı aşıqdır. Uzun müddət Səfəvi sarayında xidmət göstərib. Müxtəlif mənbələrdə onun Səfəvi sarayında yüksək mövqe tutan rütbəlilərdən birinin bacısına aşiq olduğunu, buna görə nüfuzunu itirib saraydan uzaqlaşdığı deyilir.

Bundan sonra bir müddət İranda, daha sonra isə Qaxda kilsədə rahiblik edir. Daha sonra aşıq Mərmər adlı qadınla evlənir. Mərmər adından da məlum olduğu kimi türk əsilli olub. Dövrün qaydalarına görə isə türk qızının erməni əsilli keşişlə evlənməsi qeyri-mümkün idi. Nəticədə isə Səyyad Nəva ermənilər tərəfindən, erməni kilsəsində öldürülüb.

Bütün saxtalaşdırmalar, oğurluqlar bir tərəfə, biz nəinki əlimizdəkiləri qoruya bilirik, heç əlimizdə olanları təbliğ edə, tanıda da bilmirik.

Erməni müğənnisi Eva Rivasın xarici televiziya kanallarında “Sayat Nova - Tamam Ashkhar” adlı klipi yayımlanır. Klipin girişi Suriyada, qalan hissələri isə ŞUŞA, GÖYÇƏ və DƏRƏLƏYƏZ mahalında çəkilib. Biz isə nə Əhməd Cavad, nə də Üzeyir Hacıbəyov haqda bircə dünya efirinə təqdim edilməyə layiq film belə çəkməmişik.

Sizə ermənilərin tarixi saxtalaşdırdığını sübut edən “Narın rəngi”, “Üçbuçaq”, Üzeyir Hacıbəyovun Komitas-Aslamazyan tərəfindən “O olmasın, bu olsun” əsərindən olan iki oğurlanmış əsəri, Türkiyədə doğulub böyümüş, hazırda Amerikada yaşayan bəstəkar Ara Dikjianın “Kamança” adı ilə mənimsədiyi, Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara dəniz” əsəri ilə səhv salınan “Kamança”, Eva Rivasın oxuduğu Azərbaycan xalq muğamlarının parodiyası olan, Səyyad Nəvaya həsr edilmiş “Tamam aşkar” klipini, 1967-ci ildə çəkilmiş “Uçbucaq” filmini təqdim edirik:







Günay Arda
Femida.az


Teqlər:





Xəbər lenti