“Prezident Rafidir, Serj get”-VIDEO

“Prezident Rafidir, Serj get”-VIDEO
  20 Fevral 2013    Oxunub:1766
Ermənistan MSK-nın binası qarşısında seçki nəticələrinin kütləvi saxtalaşdırmasına qarşı etiraz aksiyası keçirilib.
Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın yüzlərlə tərəfdarı fevralın 19-u axşam saatlarında Mərkəzi Seçki Komitəsinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Serj sarkisyanın qalibi olduğu seçkilərin nəticələrinin kütləvi saxtalaşdırmasına etiraz ediblər.
Etirazçılar “Raffi prezident, Serj get” şüarları səsləndiriblər. Aksiyanın sonunda “İrs” partiyasının mətbuat katibi Stepan Safaryan aksiya iştirakçılarını sabah İrəvanın “Azadlıq” meydanında toplaşmağa çağırıb.
Xatırladaq ki, bir müddət əvvəl ermənistanda president seçkiləri baş tutdu. 1988 seçki məntəqəsinin yekunlarına görə, hazırki president Serj Sarkisyan qalib gəlib. İlkin hesablamalara görə ona 58,64% seçici səs verib, “İrs” partiyasının rəhbəri Raffi Ovanisyana isə 36,75 faizi səs toplayıb. Seçkilərdə 1 milyin 521 min 931 (60,18 %) seçici iştirak edib.




Teqlər:  





Xəbər lenti