Kəmaləddin Heydərovun müavininə yeni vəzifə verildi

Kəmaləddin Heydərovun müavininə yeni vəzifə verildi
  01 Avqust 2015    Oxunub:4929
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən növbəti dəfə etimad göstərilib.

ATF-dən verilən məlumata görə, bildiriblər ki, Nağı Səfərov DTF-in beynəlxalq yarışların təşkilat komitəsinin üzvü təyin olunub.

N.Səfərov 2013-cü ildə isə Avropa Taekvondo Birliyi (ETU) icraiyyə komitəsinin üzvü seçilmişdi.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

AzVision.az


Teqlər:





Xəbər lenti