Bakıda `Formula-1` niyə yayda olacaq? - Açıqlama

Bakıda `Formula-1` niyə yayda olacaq? - Açıqlama
  30 İyul 2015    Oxunub:2971
Gələn il ölkəmizdə baş tutacaq Avropa Qran Prisinin promouteri (təşkilatçısı) Baku Grand Prix MMC-nin başçısı Arif Rəhimov Championat.Com resursunun müxbiri Svetlana Ameliçkinaya müsahibə verib.

Bir daha xatırladaq ki, Formula1 üzrə 67-ci dünya çempionatının Bakı mərhələsi gələn ilin təqviminə əsasən iyulun 15-17-də keçiriləcək, yəni Avstriya Qran Prisindən 2 həftə sonra və Almaniya Qran Prisindən 2 həftə əvvəl.

Arif Rəhimov deyib ki, lap əvvəldən Formula1-in kommersiya başçısı Berni Ekklstoundan bizim yarış üçün yayda vaxt ayrılmasını xahiş etmişdi. Çünki yarış şəhərin mərkəzində olacaq, yayda isə şəhərin mərkəzi daha boş olur. Ona görə də loqistika baxımından hər şeyi təşkil etmək çox asan olacaq.

- Bakıda iyul ayında temperatur adətən +30-32 dərəcə olur, yəni hava şəraiti bir neçə gün əvvəl baş tutmuş Macarıstan Qran Prisinə oxşar olacaq. Axşama yaxın hava +25 dərəcə olacaq. Ona görə də isti olacaq. Yeri gəlmişkən, biz müxtəlif təklifləri də müzakirə edirik, məsələn, tribunalara bilet almış azarkeşlərə tribunaların girişində sadəcə qulaqlıq deyil, həm də günəş şüalarından qorunmaq üçün kremlər də paylayacayıq. Çalışacayıq ki, tamaşaçılar gələn illərdə də Bakıya gəlsinlər.Təqvimdəki yerimizi nəzərə alsaq, tribunların yuxarısına talvar quraşdırmalı olacayıq ki, tamaşaçılarımızı qoruyaq. Biz istəyirik ki, yarışı yüksək səviyyədə keçirək. Elə bir sistem hazırlayırıq ki, hər bir Qran Pri iştirakçısını razı salaq - həm tamaşaçıları, həm mətbuatı, həm komandaları, həm FOM-u (Formula One Managment), həm də digər avtomobil federasiyalarını. Əsas məqsədimiz hamını xoşbəxt etmək və onları gələn il yenidən Bakıya qaytarmaqdır,- deyə Arif Rəhimov bildirib (f-1.az).


Teqlər:





Xəbər lenti