Əriməyən şokolad

Əriməyən şokolad
  08 İyun 2013    Oxunub:2310
“Mondelez International” şirkəti bu yaxınlarda əriməyən şokoladlarını təqdim edəcək.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, bu barədə şirkətin EEMEA (Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə prezidenti Lorens MakDuqal bildirib.

MakDuqal əriməyən şokoladın tərkibi, dadı və hansı brendlə istehsal olunacağı barədə məlumat verməyib. O, yalnız yeni şokoladın 40 dərəcə temperaturda əriməyəcəyini söyləyib. Əriməyən şokoladın Afrika və digər isti ölkələrdə yaxşı satılacağı ehtimal olunur.

Keçmiş adı “Kraft Foods” olan “Mondelez International” şirkəti 1903-cü ildə yaranıb, “Alpen Gold”, “Cadbury”, “Mika and Orea” və başqa brendlərə məxsusdur.

AzVision.az


Teqlər:





Xəbər lenti