Dənizdə batmış 2 nəfərin meyiti tapıldı

Dənizdə batmış 2 nəfərin meyiti tapıldı
  25 İyul 2015    Oxunub:2211
Bakıda dənizdə batmış 2 nəfərin meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 2 nəfərin axtarışları başa çatıb.

Vətəndaşların meyitləri dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti