Oqtay Əsədov Gürcüstana gedir

 Oqtay Əsədov Gürcüstana gedir
  24 İyul 2015    Oxunub:1984
Milli Məclisin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək.
Parlamentin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Oqtay Əsədovun tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

Festival günlərində Milli Məclisin sədrinin Atletlər Kəndinə gedəcəyi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşəcəyi də nəzərdə tutulur.

Səfər iyulun 27-də başa çatacaq.


Teqlər:





Xəbər lenti