Rəqibi azərbaycanlı idmançıya sataşdı, dava düşdü

Rəqibi azərbaycanlı idmançıya sataşdı, dava düşdü
  24 İyul 2015    Oxunub:21520
Rusiyanın Krasnodar şəhərində keçirilən qaydasız döyüş üzrə `Tech-KREP FC: PRIME SELECTION` turnirinin dördüncü mərhələsinin rəsmi çəkiliş mərasimində 84 kiloqram çəki dərəcəsində qarşılaşacaq ukraynalı Artyom Şokalo və azərbaycanlı idmançı Bəxtiyar Abbasov arasında qarşıdurma yaşanıb.

AzVision.az `Sportbox`a istinadən xəbər verir ki, ənənəvi baxış duelində tərəflər gərginliyə tab gətirə bilməyiblər.

Söz qarşıdurmasından sonra Şokalo idmançımızı sinəsindən itələyib. Bundan sonra tərəflər arasında konflikt yaşanıb. Turnirin promouteri Aleksey Yaçenko idmançıları ayırıb və rinqdən kənarda başlayan davanı dayandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti