`Yəqin Qriqorçuk özünə güvənir` – baş məşqçi

`Yəqin Qriqorçuk özünə güvənir` – baş məşqçi
  23 İyul 2015    Oxunub:2315
`İlk oyunda qalib gəlsək də, sabah bizi tam fərqli qarşılaşma gözləyir. İstəməzdim ki, “Qəbələ” haqda çox söz danışım. Rəqibin baş məşqçisi istedadlıdır. Bilirəm ki, “Qəbələ”nin Premyer Liqada ilk oyunu “Qarabağ”la olacaq. Biz heç kimdən qorxmuruq. Əminəm ki, sabah tamam fərqli oyun sərgiləyəcəyik. Belqraddakı nəticə Bakıda da gözlənilir. Öz komandama inandığım üçün əminliklə danışıram`.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Çukariçki”nin (Serbiya) baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə cavab matçı öncəsi keçirdiyi mətbuat konfransında deyib.

- İlk görüşdə “Qəbələ”nin çox zəif çıxış etməsi sizin üçün sürpriz oldu, yoxsa “Çukariçki”nin yaxşı oyunu rəqibə mane oldu?

- “Qəbələ” Serbiyaya gələndə hansı nəticə qazanacağı bilinmirdi. Heç bir komanda məğlubiyyət üçün səfərə getmir. İlk matçdan sonra rəqibin hansı gücə sahib olduğunu bildik. Sabah başqa bir oyun taktikasından istifadə edəcəyik. Bildiyimə görə, “Qəbələ”nin güclü legionerləri var.

- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk əminliklə bildirdi ki, 90 dəqiqə ərzində mərhələnin taleyi həll olunacaq, əlavə vaxta ehtiyac olmayacaq. Siz necə düşünürsünüz?

- Şadam ki, rəqib komandanın baş məşqçisi özünə güvənir. Ancaq futbolda hər cür nəticələr qeydə alınır. Qeyd etdiyim ki, “Qəbələ”nin baş məşqçisi güclü mütəxəssisdir. Yəqin ki, özünə əmindir ki, belə düşünür. Ancaq biz bura uduzmağa gəlməmişik.

- “Qəbələ”dən fərqli olaraq siz ölkə çempionatında oyun
keçirdiniz. Bu, “Çukariçki”nin xeyrinədir, yoxsa əleyhinə?


- Bu tamamilə fərqli bir turnirdir. Biz bunları bilirdik. Heç bir problem olmayacaq. Futbolçularımıza güvənirəm.

- Stadionu oyuna hazır görürsünüzmü?

- Hələ ki, stadionu görməmişəm. Ümid edirəm ki, sabah hava da yaxşı olacaq.


Teqlər:  





Xəbər lenti