Erməni şahmatçılar Bakıya gəlir
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Şahmat Təşkilatının rəsmi saytında bildirilib.
Qeyd edilib ki, İlümjinov Ermənistan prezidenti, Ermənistan Şahmatçıları Federasiyasının rəhbəri Serj Sarkisyan ilə telefon danışığı keçirib, onunla erməni şahmatçılarının cari ilin sentyabrında Bakıda keçiriləcək Dünya kubokunda iştirakını müzakirə edib.
FİDE prezidenti bu tədbirdə erməni şahmatçılarının iştirakı məsələsində Sarkisyanın dəstəyini istəyib.
Ermənistan prezidenti qeyd edib ki, o, şahmatçı L.Aronyan, X.Melkumyan, Q.Sarkisyan, S.Ter-Saakayan ilə görüşüb və onlara yarışlarda iştirak etməyi məsləhət görüb.
İlümjinov FİDE prezidentini təbrik edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə də danışıqlar aparıb.
Nazir əmin edib ki, Dünya kubokunun iştirakçılarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək.
O, FİDE prezidentinə bu həssas məsələnin həllində fəal iştirakına görə təşəkkür edib.
AzVision.az