Pele yenə bıçaq altına girdi
İyulun 18-də məlum olub ki, 74 yaşlı Pele beş gün əvvəl Albert Eynşteynin xəstəxanasına çatdırılıb və onurğa sütununda ciddi problem üzə çıxıb. Əfsanəvi idmançının bu gün evə buraxılması gözlənilir. Daha çox Pele kimi tanınan Edson Arantis du Nasimentin sağlamlıq vəziyyəti yaxşılaşır.
"Futbolun kralı" sayılan Pele 2015-ci ilin mayında prostat vəzinin hiperplaziyası haqqında San-Pauloda əməliyyat olunub. O zaman həkimlər onda onkoloji xəstəlik aşkar etməyiblər. Keçən ilin sonunda məşhur futbolçu hemodializ kursu keçsə də, həkimlər nəticədə bunu dayandırıblar.
Üçqat dünya çempionu son bir il ərzində 5 dəfə xəstəxanaya düşüb. Əvvəl braziliyalı mədə ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib, sonra böyrəklərindən əməliyyat olunub. Daha sonra Pele sidik yollarının infeksiyasına görə xəstəxanaya müraciət edib.
Pele Santosda təqdimat mərasimlərindən birinə getməyi planlaşdırarkən, qəfildən qarın nahiyəsində şiddətli ağrılar baş verib və xəstəxanaya yerləşdirilib. Futbolçu həkimlərdən tərəfindən müayinə edildikdən sonra əməliyyat olunub və əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, tanınmış futbolçu iki il əvvəl də Albert Eynşteyn adına xəstəxanada sağ ombasından əməliyyat olunub.