"Simurq"un stadionu əlindən alınıb

"Simurq"un stadionu əlindən alınıb
  19 İyul 2015    Oxunub:3318
"Simurq" klubu Azərbaycan Premyer Liqasında iştirak etməyəcək


Zaqatalanın "Simurq" futbol klubu Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün püşkatmasında iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.

O, bildirib ki, komandanın yeni mövsümdə çıxış etməyəcəyi xəbərini Peşəkar Futbol Liqasının Texniki Departamentinin rəisi Zamiq Hüseynovdan alıblar: "Mətbuatdan oxudum ki, iyulun 21-də püşkatma olacaq. Onunla söhbətimiz zamanı tədbir vaxtının bizə nəyə görə deyilmədiyini soruşdum. Zamiq bildirdi ki, "Simurq" püşkatmada iştirak etməyəcək. Bu bizə əsl bayram "hədiyyəsi" oldu".

Klub rəsmisi hazırda komandada qalan futbolçuların taleyinin müəmmalı olduğunu söyləyib: "Bir aydan sonra çempionat başlayır. Bizə deyirdilər ki, gözləyin. İndi vaxtilə başqa komandalardan təklif alan məşqçi və futbolçular qalıb. Əvəzedicilərdə güclü oyunçularımız var. Onlar hansı komandaya gedə biləcəklər?"

V.Əliyeb onu da qeyd edib ki, komandanın ev oyunlarını keçirdiyi Zaqatalada yerləşən stadion klubun nəzdindən çıxarılıb və işçilər vəzifələrindən azad ediliblər.


Teqlər:  





Xəbər lenti