Ermənistanda müşahidəçi qalmaqalı - VİDEO

Ermənistanda müşahidəçi qalmaqalı - VİDEO
  19 Fevral 2013    Oxunub:2546
“Cinayətkarları müdafiə etməyin!”, “Neçəyə satılmısınız?!”, “Seçkiləri legitimləşdirərək cinayətkar rejimin bir üzvünə çevrilirsiniz!”, “Rədd olun!”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistan paytaxtında keçirdiyi mətbuat konfransı qalmaqalla nəticələnib.
Ermənistanda vətəndaş cəmiyyətini təmsil edən 20-30 nəfərdən ibarət qrup ATƏT müşahidəçilərinin mətbuat konfransına müdaxilə edib. Etirazçılar müşahidəçiləri seçkilərə verdikləri ilkin qiymətdən imtina etməyə çağırıblar.
Əlində “Cinayətkarları müdafiə etməyin!”, “Neçəyə satılmısınız?!”, “Seçkiləri legitimləşdirərək cinayətkar rejimin bir üzvünə çevrilirsiniz!”, “Rədd olun!” yazılan plakatlar tutan fəalları sakitləşdirməyə çalışan müşahidəçilər mətbuat konfransını dayandırmağa məcbur olublar.
“Mətbuat konfransına müdaxilə edən aksiya iştirakçıları heç bir siyasi qrup və ya prezidentliyə namizədlə əlaqəsi yoxdur”,-deyə aksiya iştirakçılarından biri, ictimai təşkilatın üzvü Artur Minasyan bildirib.
Onun sözlərinə görə, aksiya iştirakçılarının məqsədi hər hansı bir tələb səsləndirmək deyil sadəcə hazırladıqları alternativ hesabatı oxumaq olub.




Teqlər:  





Xəbər lenti