Vegeterianlıq ömrü uzadır

Vegeterianlıq ömrü uzadır
  06 İyun 2013    Oxunub:2204
Alimlər belə iddia edirlər ki, uzunömürlüyün sirri - vegetarian pəhrizidir.
Kaliforniyanın Loma Linda İnstitutunun ekspertlərinin araşdırmasına görə, vegetarianların 12 %-i ət yeyən insanlara nisbətən nadir hallarda xəstəlikdən ölürlər. Bunların hamısı qırmızı ətin tərkibidir ki, qan təzyiqini və xərçəng şişlərinin inkişafını bir neçə dəfə yüksəldir.

Bundan başqa, vegeterian menyusuna üz tutan insanlar spirtli içkilərə və siqaretə az meyilli olur, idmana daha çox vaxt sərf edirlər.

6 il ərzində müxtəlif qida menyusuna malik 70 min insan müşahidə edilib. Məlum olub ki, bitki ilə qidalananlar möhkəm sağlamlığa malikdirlər, onlarda nə aşağı təzyiq, nə də xolesterin müşahidə olunub. Ekspertlər iddia edirlər ki, vegeterian pəhrizi hipertoniya, diabet, metabolik sindrom və ürəyin xəstəlikləri kimi xroniki xəstəliklərə tutulma riskini azaldır.

Bitki ilə qidalanmanın effekti erkən tədqiqatlar zamanı təsdiq olunub. Qeyd edək, vegeterian pəhrizi güclü cinsin nümayəndələrinin əhvalına müsbət təsir göstərir. Vegeterian pəhrizi ürək-damar xəstəliklərindən ölüm sayını əhəmiyyətli dərəcədə azaldır.

AzVision.az


Teqlər:  





Xəbər lenti