AFFA “İnter”in səfər xərcini öz üzərinə götürüb
Nəticədə klub iyulun 14-də çarter reysi ilə səfərə çıxıb. Oyun isə Bakı vaxtı ilə iyulun 17-nə keçən gecə saat 00:15-də başlanacaq.
Xəbəri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da təsdiqləyib. O bildirib ki, "İnter"in gediş-gəlişi üçün xərclənən vəsait Avrokubokda iştirak qarşılığında UEFA-dan kluba ödəniləcək məbləğdən çıxılacaq. M.Nərimanoğlu "İnter"in Avroliqada III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə də eyni şərtlərlə kluba dəstəyin veriləcəyini əlavə edib.
Teqlər: