`Hamımız çox həyəcanlı idik`- Nazir oğlu

`Hamımız çox həyəcanlı idik`- Nazir oğlu
  10 İyul 2015    Oxunub:4154
“Qəbələ”nin prezidenti Tale Heydərov rəhbərlik etdiyi klubun “Dinamo”nu (Tiflis) mübarizədən kənarlaşdıraraq Avroliqanın ikinci mərhələsinə vəsiqə qazandığı oyuna münasibət bildirib.
Qol.Az-ın xəbərinə görə, jurnalistlərə açıqlamasında o, klubu ilə fəxr etdiyini deyib.

“İnanırıq ki, bundan sonra daha yaxşı olacaq. Son dəqiqələrdə hamımız çox həyəcanlı idik. Sevindirici hal o oldu ki, iki qol vurduq. Qələbə qazanmağımız gözəl oldu”.

T.Heydərov bildirib ki, komandası ikinci mərhələyə vəsiqə qazanıb. Onun sözlərinə görə, baş məşqçi istəyəcəyi təqdirdə, yeni futbolçular alınacaq: “Bir neçə oyunçu transfer etmişik. Ehtiyac olarsa, yenə transferlər edərik".


Teqlər:





Xəbər lenti