Ardaya görə küçənin adı dəyişdirilir

Ardaya görə küçənin adı dəyişdirilir
  09 İyul 2015    Oxunub:3763
İstanbulda küçələrdən birini `Barselona`nın yeni futbolçusu və Türkiyə millisinin kapitanı Arda Turanın adı veriləcək.
Bu barədə AzVision.az `Sky Sports`a istinadən xəbər verir.

Qeyd edək ki, yarımmüdafiəçisi İstanbulun Bayrampaşa rayonunda anadan olub və məhz həmin rayonda bir küçənin onun adını daşıyacağı bildirilir.

`Biz Ordu küçəsinin adını dəyişərək Arda Turan edəcəyik. Biz artıq şəhər rəhbərliyinə müvafiq müraciət ünvanlamışıq. Turan bizim fəxrimizdir`, deyə Bayrampaşa rayonun rəhbəri Atilla Aydiner vurğulayıb.

Qeyd edək ki, Arda Turan iyulun 7-i `Barselona`ya transfer olub. Katatoniya klubu 28 yaşlı futbolçunun keçidi üçün Madrid `Atletiko`suna 34 milyon avro ödəyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti