Klublarımızın "yay bazarlığı": qazanclar və itkilər

Klublarımızın "yay bazarlığı": qazanclar və itkilər
  05 İyul 2015    Oxunub:2427
Klublarımız Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünə hazırlıq çərçivəsində heyətlərində dəyişikliklər edirlər.
AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, yay transfer dönəminin davam etdiyi bir vaxtda müəyyən klublar artıq transfer işlərini yekunlaşdırmaq üzrə olsa da, bəzilərində müəyyən səbəblərdən aktivlik müşahidə olunmur.

Qeyd edək ki, iyunun 9-da açılan yay transfer pəncərəsi avqustun 31-də bağlanacaq.

“Qarabağ”

Gələnlər: Coşqun Diniyev, Azər Salahlı, Elvin Məmmədov (hamısı “İnter”), Vüqar Mustafayev (“Simurq”), Alharbi Əl-Jadeyaui ("Lans", Fransa), Elvin Yunuszadə, Elton Yaqublu (AZAL - icarədən qayıdıb)

Gedənlər: Leroy Corc, Admir Teli, Muarem Muarem, Vüqar Nadirov, Tural İsgəndərov, Hacı Əhmədov, Tərlan Quliyev, Şəhriyar Əliyev

Müqaviləsini yeniləyənlər: Ansi Aqolli, Namiq Yusifov, İlqar Qurbanov

“İnter”

Gələnlər: Zaur Svanidze (baş məşqçi), Rauf Əliyev, Mirhüseyn Seyidov (hər ikisi "Neftçi"), Yuri Fomenko ("Şyaulyay", Litva), Nika Kvekveskiri ("Dila", Gürcüstan), Laşa Kasradze, Xuan Fransisko (hər ikisi AZAL)

Gedənlər: Kaxaber Sxadadze (baş məşqçi), Coşqun Diniyev, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Azər Salahlı, Elvin Məmmədov, Vojislav Stankoviç Aleksandr Amisulaşvili, Laşa Salukvadze, İvan Benites, Ruben Şaken, Yusef Feniç, Derlis Meza Kolli, Yohan Bokonyano, Matiya Şpiçiç, Sezar Meza Kolli, Baçana Sxadadze, Fuad Bayramov, Mikel Alvaro, Junior Nildo

Müqaviləsini yeniləyənlər: Səlahət Ağayev, Nizami Hacıyev, Dieqo Madriqal, Georgi Lomaya, Elşən Poladov, Slavço Georgiyevski

“Qəbələ”

Gələnlər: Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov (hamısı “İnter”), Samir Zərgərov (“Simurq”), Andrey Popoviç (“Sumqayıt”), Vitali Vernidub ("Zarya"), Sergey Zenyov ("Torpedo" Moskva, Rusiya), Aleksey Antonov ("Aktobe", Qazaxıstan), Vojislav Stankoviç ("İnter" - icarəyə), George Floresku ("Astra", Rumıniya)

Gedənlər: Viktor Mendi, Tərzin Cahangirov, Adrian Ropotan, Sadiq Quliyev, Mixail Sivakov, Ruslan Abışov, Tellur Mütəllimov, Ruslan Fomin, Aleksandru Benqa, Bəxtiyar Soltanov, Pavol Farkaş, Ruslan Tağızadə

Müqaviləsini yeniləyənlər: Dmitri Bezotosnı, Rikardinyo, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay

“Neftçi”

Gələnlər: Xuan Alberto ("Simurq"), Nicat Qurbanov (AZAL - icarədən qayıdıb), Cavid İmamverdiyev ("Elazığspor", Türkiyə - icarədən qayıdıb), Məhəmməd Qurbanov ("Sumqayıt"), Ailton Fereyra Silva ("Fluminense", Braziliya)

Gedənlər: Arif Əsədov (baş məşqçi), Mirhüseyn Seyidov, Karlos Kardozo, Julius Vobay, Saşa Stamenkoviç, Elvin Yunuszadə, Emin Mehdiyev, Rauf Əliyev

“Simurq”

Gedənlər: Draqan Çeran, Benjamin Lambot, Rəşad Eyyubov, İlkin Qırtımov, Xuan Alberto, Rəşad Əzizli, Vüqar Mustafayev, Samir Zərgərov, Amil Ağacanov, Patrik Osiako, Cihan Özkara, Əli Gökdəmir, Stepan Polyak, Adam Banaş, İdan Vaytsman, Marko Stanoyeviç, Pavel Kapsa

AZAL

Gələnlər: Ayaz Mehdiyev ("Giresunspor", Türkiyə)

Gedənlər: Laşa Kasradze ("İnter"), Xuan Fransisko, Elton Yaqublu, Rəşad Abdullayev ("Zirə"), Kamal Bayramov ("Zirə"), Nicat Qurbanov, Freddi Mombonqo, Oskars Klava, Viktor İqbekoyi, Kərim Diniyev, Şəhriyar Rəhimov

Müqaviləsini yeniləyənlər: Seymur Əsədov

“Xəzər Lənkəran”

Gələnlər: Vüqar Nadirov (“Qarabağ”), Rəşad Eyyubov ("Simurq"), Orxan Əliyev (“Sumqayıt” - icarədən qayıdıb), Ruslan Abışov ("Qəbələ”), Vaqif Cavadov ("Boluspor", Türkiyə)

Gedənlər: Ağabala Ramazanov (“Sumqayıt”), Alfred Sanko

Müqaviləsini yeniləyənlər: Elşən Rzazadə, Elnur Cəfərov, Rasim Ramaldanov, Kazım Kazımlı, İlyas Səfərzadə, Elvin Mirzəyev, Tərlan Qasımzadə

“Sumqayıt”

Gələnlər: Nuran Qurbanov (“Bakı”), Məhəmməd Alıyev (“Neftçala”), Ağabala Ramazanov (“Xəzər Lənkəran”), Emin Mehdiyev ("Neftçi"), Tərlan Əhmədli ("Zirə" - icarədən qayıdıb)

Gedənlər: Andrey Popoviç ("Qəbələ"), Tərzin Cahangirov, Məhəmməd Qurbanov ("Neftçi"), Orxan Əliyev

Müqaviləsini yeniləyənlər: Murad Ağayev, Şahruddin Məhəmmədəliyev, Vurğun Hüseynov, Nodar Məmmədov, Bəxtiyar Həsənalızadə

“Zirə”

Gələnlər: Tərzin Cahangirov, Sadiq Quliyev, Rəşad Abdullayev, Kamal Bayramov (hər ikisi AZAL), Hacı Əhmədov ("Qarabağ"), Tellur Mütəllimov (hamısı "Qəbələ" - icarə), Aleksandr Şemonayev, Təmkin Xəlilzadə. İlqar Hüseynov, Viktor İqbekoyi (hamısı AZAL),
Ruslan Tağızadə ("Qəbələ"), Rulan Cəfərov ("Xəzər Lənkkəran"), Mirkamil Haşımlı ("Neftçi")

Gedənlər: Tərlan Əhmədli

“Kəpəz”

Gələnlər: Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi "Qarabağ" - icarə), Ceyhun Cavadov, Bəxtiyar Soltanov ("Qəbələ"), Tural Nərimanov (hər ikisi "Rəvan"), Rəşad Əzizli ("Simurq"), Azad Kərimov ("Bakı"), Şəhriyar Rəhimov, Kərim Diniyev (hər ikisi AZAL), Əyyub Əliyev ("İnter")


Teqlər:





Xəbər lenti