“Meteorit satıram”
Meteoriti satışa çıxaran Las-Veqas sakini tünd boz rəngli daşı Rusiyada yaşayan jurnalist qardaşından aldığını deyib. Arizonadan olan digər bir satıcı isə 50 dollara satdığı daş parçasını hadisə yerində olan NASA mütəxəssisləri tərəfindən tapıldığını iddia edib.
Rusiya DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanları meteorit parçalarının satılması faktlarını araşdırır. Çelyabinsk polisi isə artıq bir neçə yerli sakindən müsadirə etdiyi daş parçalarını eksertizaya göndərib.