Avropa Oyunlarının ilk və son çempionu kimlər oldu?

Avropa Oyunlarının ilk və son çempionu kimlər oldu?
  28 İyun 2015    Oxunub:3234
Bakı-2015 I Avropa Oyunlarında idmançıların mübarizəsinə rəsmən yekun vurulub.
Oyunların son medalçıları çimərlik futbolçuları olub. Bu gün Rusiya ilə İtaliya yığmaları arasında baş tutan final görüşündə qələbə qazanan (3:2) ruslar Oyunların 253-cü, yəni sonuncu qızıl medalına layiq görülüblər. Yarışın gümüş və bürünc mükafatlarını isə müvafiq olaraq, İtaliya və Portuqaliya milliləri qazanıblar.

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarının ilk medalları iyunun 13-də dağ velosipedi idmanı növündə qazanılmışdı. Həmin vaxt isveçrəli Yolanda Neff qızıl medal qazanaraq, Oyunların ilk çempionu kimi tarixə düşüb. Digər isveçrəli Katrin Stirnemann gümüş, polşalı Maya Vloçovska isə bürünc medal əldə etmişdi. (gun.az)


Teqlər:  





Xəbər lenti