Daha iki qızıl medal qazandıq

Daha iki qızıl medal qazandıq
  28 İyun 2015    Oxunub:3219
Azərbaycan birinci Avropa Oyunlarında 21-ci qızıl medalını qazanıb.

91 kiloqram çəki dərəcəsində final görüşündə azərbaycanlı Abdulqadir Abdullayevin rəqibi ukraynalı Gevorq Manukyan zədə səbəbindən rinqə çıxmayıb. Belə olan halda qızıl medal birbaşa olaraq Azərbaycan idmançısının aktivinə yazılıb.

Qaliblərə medalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

***

İyunun 27-də Azərbaycan boksçuları birinci Avropa Oyunlarında milli komandamıza 20-ci qızıl medalı qazandırıblar.

Boks yarışlarında 69 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Pərviz Bağırov rusiyalı Aleksandr Besputini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.

***

Daha bir boksçumuz – Xaybulla Musalov milli komandamızın aktivinə 15-ci gümüş medalı yazıb.

Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Xaybulla Musalov finalda gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli ilə qarşılaşmadan məğlub ayrılaraq ikinci yerlə kifayətlənməli olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti