Cüdoçularımızın hər biri məğlub oldu- Yenilənir
Bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Bir çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunacaq.
Kişilər
90 kq
İlk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov, portuqaliyalı Çelio Diasla qarşılaşacaq.
100 kq
Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz 1/16 finalda rəqibi Zlatko Kumriç (Xorvatiya) olacaq.
Bayraqdarımız Elmar Qasımov 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
+100 kq
Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq.
Qadınlar
78 kq
Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 finalda Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
***
+100 kq çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb. Bu görüşdə ölkəmizi təmsile dən Uşanqi Kakauri ipponla qәlәbә qazanıb.
***
100 kq çəki dərəcəsində cüdoçumuz Elxan Məmmədov xorvatiyalı Zlatko Kumriçi ipponla məğlub edərək 1/8 finala çıxıb. Elxan Məmmədov 1/8 finalda çexiyalı Lukaş Krpaleklə qarşılaşacaq.
***
Qadınların yarışında mübarizə aparan Günel Həsənli 1/16 finalda Assunta Qaleone (İtaliya) ilə qarşılaşacaq. 78 kq-da mübarizə aparan qadın cüdoçumuz Günel Həsənli ipponla məğlub olub.
***
Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulub. Qurbanov, portuqaliyalı Çelio Diasla qarşılaşıb. Cüdoçumuz ipponla qələbə qazandı.
***
Cüdoçumuz Uşanqi Kakauri gürcüstanlı Levani Matiaşvili ilə qarşılaşıb. O, rəqibinə ipponla uduzub.
***
Elxan Məmmədov 1/8 finalda çexiyalı Lukaş Krpaleklə qarşılaşıb. O, ipponla rəqibinə uduzub.
***
Bayraqdarımız Elmar Qasımov 1/8 finalda Jorje Fonseka (Portuqaliya) ilə qarşılaşıb. Cüdoçumuz ipponla məğlub olub.
***
90 kq çəki dərəcəsindəki Ramin Qurbanov 1/8 finalda macarıstanlı Kristian Tota şido (cərimə) xalı ilə uduzub.
Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.
AzVision.az