Xanım cüdoçumuz qələbə qazandı- Yenilənir
Kişilər arasında 73 kq çəkidə Azərbaycanı təmsil edən Rüstəm Orucov 1/32 final mərhələsindən azaddır. O, 1/16 finalda Kristofer Voelk (Almaniya) – Yaromir Yezek (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınlar arasında 63 kq çəki dərəcəsində Azərbaycan təmsilçiləri Xanım Hüseynova Makedoniya cüdoçusu Nikolosko Katerina, Nuriyyə Axundova polşalı Aqata Ozdoba ilə qarşılaşacaq.
70 kq çəkidə Nərgiz İbrahimovanın rəqibi xorvatiyalı Barbara Matiç, Validə Mirzəzadənin rəqibi isə Roksana Teymansdır (Belçika).
Qeyd edək ki, cüdo yığmamız yarışın ilk günündə 1 gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov finalda məğlub olub.
***
Xanım Hüseynova Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirib. Cüdoçumuz 2:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Onun bu mərhələdə rəqibi fransalı dünya çempionu Klariss Aqbenenu olacaq.
***
73 kq çəkidə Azərbaycanı təmsil edən Rüstəm Orucov 1/16 finalda çexiyalı Yaromir Yezeklə qarşılaşıb. Bu görüşdə Çexiya təmsilçisi tam qələbə qazanıb.
***
Daha bir cüdoçumuz məğlub olub. Nuriyyə Axundova polşalı Aqata Ozdoba ilə qarşılaşıb. Axundova rəqibi qarşısında cəmi 21 saniyə tab gətirə bilib. Polşa idmançısı tam qələbə qazanıb.
AzVision.az