Boksçumuz üçün Avropa Oyunları vaxtından əvvəl bitdi

Boksçumuz üçün Avropa Oyunları vaxtından əvvəl bitdi
  24 İyun 2015    Oxunub:2393
Superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.
AzVision.az-ın məlumatına görə, M.Məcidov iyunun 25-də yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Onun indi finalda çox asan qələbə qazanmaq şansı var.

Məşqçi Nəriman Abdullayev deyib: "Məcidov çox ciddi zədə alıb. Bu çox pis haldır. Bu turnirdə onun işi başa çatdı".

Qeyd edək ki, azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti